
FAYDAis. [ər.] Xeyir, mənfəət. [Hacı Qara:] Yaxşı, sizə verdiyim pulun faydası necə olsun? M.F.Axundzadə. //məc. Xeyir, nəticə. [Kərbəlayı Həsənə:] Ay balam, axı məni burada saxlamaqdan nə fayda olacaq, pulum yoxdur ki, verim. Çəmənzəminli. □ Fayda verməmək - xeyri, faydası, nəticəsi olmamaq. Qoçoğlu tapılmır, o, çıxmış yoxa; Bir fayda vermədi uzun axtarış. A.Şaiq.
Paylaşın - Hamı bilsin
|