
FASAD[fr.] Binanın çölə baxan əsas qabaq tərəfi; ön tərəf. [Fazilov:] Harası xoşa gəlmir? [Arxitektor:] Xüsusən qabağı, fasad tərəfi. Mir Cəlal. [Elçin Sevincə:] ..Fasad ağ daşdan olacaq.. Z.Xəlil. // Binanın, hər hansı bir tikilinin üz, bayır tərəfi. Bir çox arxitektorlar işin zahiri tərəfinə uyaraq başlıca olaraq binaların fasadlarını bəzəməklə məşğul olurlar.. (Qəzetlərdən).
Paylaşın - Hamı bilsin
|