
FAŞİST[ital.] Faşizm tərəfdarı. Faşistlərin törətdikləri cinayətlər. - Faşist adlı məxluqun yoxdur qəlbi, vicdanı. M.Rahim. Faşistlər [dustaqların] güllələnəcəyi haqqında kənddə divarlara elanlar yapışdırmışdılar. Ə.Sadıq. // Sif. mənasında. Faşist nişanı. Faşist rejimi. - İndi hücumçular hücuma keçir; Faşist soldatları ot kimi biçir. M.Rahim. Kamal təyyarəni döndərib faşist quzğunu ilə üz-üzə, göz-gözə gəlməyi qət etmişdi. M.Rzaquluzadə.
Paylaşın - Hamı bilsin
|