
FƏZİLƏTis. [ər.] 1. İnsanda ağıl, kamal, elm-mərifət, mərdlik, yüksək mənəviyyat, alicənablıq kimi sifətlərin ümumi adı. // Müdriklik, kamillik; ehtiram doğuran sifətlər. [Sevda:] Sus, onda fəzilət var; Qüdrət və cəsarət var. H.Cavid. [Yaşlı kişi:] Buraya gəldikdə mənə [Şeyx Yəhyanın] fəzilətindən çox şeylər söyləmişdilər. S.Hüseyn.
məc. Dəyər, qiymət, məziyyət. ..Bir kəs tapılmaz ki, elmin fəzilət və mənfəətini və onun cümləyə zəruri olmasını inkar edə. F.Köçərli. Paylaşın - Hamı bilsin
|