FÖVTis. [ər.] 1. Əldən çıxma, əldən çıxarma, əldən qaçırma. Fürsəti fövt etmək (fürsəti əldən qaçırmaq).
2. Ölmə, ölüm. Kim, fövti-rəqib eşitsə aşiq; Gülmək gərək, ağlamaq nə layiq? Füzuli. Fövt olmaq - ölmək, məhv olmaq. ..Bizim şüəra cismən ölüb fövt olublarsa da, ruhən və mənən həlak olmayıblar. F.Köçərli. [Dərviş:] Ruqiyyə məhv oldu, fövt oldu. A.Divanbəyoğlu. Paylaşın - Hamı bilsin
|