
FRAKSİYA1 [fr. fractio - hissə] 1. Parlamentdə, siyasi partiyada, ictimai təşkilatda və s.-də hər hansı partiya üzvlərindən ibarət mütəşəkkil qrup. [Ceyran:] Rəyasət heyəti üzvüyəm. Fraksiya iclasına gedirəm. S.Hüseyn.
2. Siyasi partiyada: partiyanın ümumi xətti ilə razılaşmayan, ondan fərqli və zidd xətt irəli sürən, partiya sıralarında qalmaqla onunla mübarizə edən dəstə, ayrıca qrup. Paylaşın - Hamı bilsin
|