
FİTNƏKARis. [ər. fitnə və fars. ...kar] bax fitnəçi. Fitnəkar adam. O, çox fitnəkarları ifşa etmişdi. - Hüsaməddinin fikirləri bir daha bu fitnəkar qadının [Qətibənin] gəncliyinə qayıtdı. M.S.Ordubadi. Dağ uçdu? Uçruldu? - Bilinmir bu sirr! Fitnəkar feilləri deyilsə, nəydi? M.Araz.
Paylaşın - Hamı bilsin
|