
FİSİNCANis. Xırda küftələrlə döyülmüş qoz ləpəsi, abqora (və ya nar şirəsi), yağsoğan ilə bişirilən plov xuruşu. Fisincan bişirmək. Plovun qarası fisincandır. - Qoz ləpəsi, yağlı fisincanı gör; Süfrəyə bax, neməti-əlvanı gör. S.Ə.Şirvani. Paxlava, bal, firni, fisincan iyi; Lap eləyir adəmi bican iyi. Ə.Nəzmi.
Paylaşın - Hamı bilsin
|