FİTİLis. 1. Bax piltə 1-ci mənada.
Lampa fitili. - Arvad istər-istəməz maşınkaya sarı getdi. Fitilini düzəldib aşağı çəkdi. S.Rəhman. Tavandan asılmış çırağın fitilini qaldıran olmadığından, otaq güclə işıqlanırdı. İ.Şıxlı. // Bir şeyi alışdırmaq, partlayış əmələ gətirmək üçün alışqan qaytan. Daldan gəlir top, topxana, qumbara; Fitilləri tüstüləyir havadə. A.Səhhət. Bu iyrənc səltənəti darmadağın edəsi; Qəzəbinin coşması bənddir bircə fitilə; İradəndir o fitil. X.Rza. 2. Bax piltə 2-ci mənada. Yaraya fitil qoymaq. Yaranın fitilini çıxarmaq. Paylaşın - Hamı bilsin
|