
FİRMA[ital.] Rəsmi hüquqa malik olub, markası ilə mal satılan və ya məmulat buraxılan ticarət və ya sənaye müəssisəsi. Ticarət firması. Avtomobil firması. - İldən-ilə qüvvətlənən nəhəng firmaların yanında [Əzimbəyov qardaşlarının korporasiyası] ən adi bir emalatxanaya bənzəyirdi. M.Hüseyn. Firma mağazası - ancaq bir firmanın istehsal etdiyi mallar satılan mağaza. Mebel firma mağazası.
Paylaşın - Hamı bilsin
|