
FİTVAis. [ər.] 1. din. Bir işi icra etmək üçün din başçısı və ya hökmdar tərəfindən verilən icazə, hökm. □ Fitva almaq - bir işi icra etmək üçün din başçısının, ya hökmdarın icazəsini almaq. [Padşah:] Üləmanı cəm elə və onlardan fitva al. Ə.Haqverdiyev. Fitva vermək - bir işi icra etmək üçün şərən icazə (hökm) vermək. Bir gün fitva verdi axund minbərdən; Lənətlə çəkilsin Sabirin adı. B.Vahabzadə.
məc. Ümumiyyətlə, icazə, razılıq. Müqim bəy öz fitvasını danıb Mirzə Polad müəllimin qanını Ələmdarın .. boynuna yıxa bilər. S.Rəhimov. □ Fitva vermək - icazə vermək, yol vermək. [Kəndli:] ..Yoldaş Veys, nahaq yerə bu işə fitva verirsiniz. Ə.Əbülhəsən. Paylaşın - Hamı bilsin
|