
FƏLAKƏTZƏDƏsif. və is. [ər. fəlakət və fars. ...zədə] Fəlakətə düçar olmuş, qəzaya uğramış; müsibətzədə, bədbəxt. Kiçik daxmada üç nəfər fəlakətzədə xəyalat içində huşa gedib bir-birinə sarılmışdı. C.Cabbarlı. Həmin fəlakətzədə Məşədi Əsgər qırx yaşında, qısaboylu, amma çox zorlu bir kişi idi. S.M.Qənizadə.
Paylaşın - Hamı bilsin
|