
FƏQƏTbağl. [ər.] Lakin, amma. Söz verdi, fəqət gəlmədi. Xəbəri var, fəqət demək istəmir. - [Zaqs müdiri:] Adam evdə, dedi, - əsəbiləşə bilər, bəlkə dalaşar da, fəqət dörd-beş illik bir ailə həyatını pozmaz. S.Hüseyn. Gənclərin sevdiyi gözəl bahardır; Fəqət hər mövsümün bir dadı vardır. M.Müşfiq. // Ancaq, yalnız.
Paylaşın - Hamı bilsin
|