FƏDAKARsif [ər. fəda və fars. ...kar]
Ümumi bir iş və ya məslək uğrunda öz şəxsi mənafeyindən keçən, özünü qurban verməkdən çəkinməyən. Fədakar gənclər. Fədakar əsgər. - Vətən uğrunda gərək şəxs fədakar olsun. A.Səhhət. // Öz məqsədini həyata keçirmək yolunda çalışan, hər cür fədakarlığa hazır olan. Fədakar övlad. [Bəxtiyar:] Fədakar bir qızsan, əhsən. Ancaq zəhmətlərin boşdur. A.Şaiq. 2. Fədakarlıq ifadə edən; fədakarcasına. Adamlarımızın fədakar zəhməti. Fədakar hərəkət. - Biz döyüşçülərə xalqın həyatından, neftçilərimizin fədakar əməyindən danışırıq. M.İbrahimov. Paylaşın - Hamı bilsin
|