İzahlı lüğət

FƏQƏRƏ

is. [ər.] 1. anat. Fəqərə sütununun bir hissəsini təşkil edən ayrıca sümük (və ya bəzi heyvanlarda qığırdaq); onurğa sümüyü. İnsanın döş fəqərəsi. Qısa sümüklər onurğada olur və fəqərələr adlanır. □ Fəqərə sümüyü (sütunu) - insanın və bir çox heyvanların skeletinin, bir-biri ilə mütəhərrik surətdə birləşmiş sümüklərdən və qığırdaqlardan (fəqərələrdən) əmələ gələn əsas hissəsi.
Hadisə, əhvalat, qəziyyə, vaqiə, hekayə. [Xortdan:] Mən oxucularıma özüm şahid olduğum bir fəqərədən danışım. Ə.Haqverdiyev. Gülsabah gələndən bir neçə gün qabaq Muradla Göyçək arasında belə bir fəqərə olmuşdu. Ə.Vəliyev.
köhn. Bənd, maddə (elmi və s. əsərlərdə).
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed