
FƏHMis. [ər.] Anlama, anlaq, dərrakə. Olmasın fəhmin, əqlin, idrakın; Var nə qəm ta ki vardır əmlakın. M.Ə.Sabir. □ Fəhm etmək - anlamaq, başa düşmək, dərk etmək. Ariflər, fəhm eləyin; Süzüb gedən yarə baxın! Aşıq Ələsgər. Rəğbət və narazılıqla yoğrulmuş bu dumanlı soyuqluğun incəliyini hamıdan çox Əlikram fəhm eləmiş olardı. Bayramov. Fəhm qılmaq klas. - bax fəhm etmək. Sözlər dersən ki, bilməzəm mən; Məzmununu fəhm qılmazam mən. Füzuli.
Paylaşın - Hamı bilsin
|