
FƏDAis. [ər.] Ən əziz bir adam və ya yüksək amal, iş yolunda özünü qurban etmə; qurban. Pəri sənə qurban, dirili Qurban; Yolunda fədadı bu baş ilə can. “Qurbani”. Fəda etmək - canını qurban etmək. [Mirzə Rza:] Qardaşlar, bütün İran məzlumlarını və onların arasında öz balalarımı xilas etmək üçün mən də həyatımı fəda edirəm. C.Cabbarlı. Fəda olmaq - özünü fəda etmək, canını qoymaq, qurban etmək, həlak olmaq. Qıldın bu vəfalığı mənimlən; Can ola fəda sənə tənimlən. Xətayi. Fəda olum
qurban olum (nəvaziş, mehribanlıq, yalvarış bildirir). [Oğul:] Ata, sənə fəda olum, mənə görə qulluq. (Nağıl). Fəda olum sənə, gəl eylə imtahan, ölürəm. Natəvan. Fəda qılmaq klas. - bax fəda etmək. Qurban bu mehribanlığa, ey Kəbeyi-ümmid; Bundan sonra çevir başına, qılfəda məni. S.Ə.Şirvani. Paylaşın - Hamı bilsin
|