
FƏCRis. [ər.] 1. Səhərin çox erkən, günəş çıxmazdan əvvəlki çağı, dan vaxtı. Fəcrin saf havası dolur içəri; Kəndi seyr eləyir... Oyanır həyat. B.Vahabzadə. Fəcrin qızıl rənglərilə boyananda mavi göylər; Dünyanın hər tərəfindən anaların səsi gəlir. N.Rəfibəyli.
2. Dan vaxtı göydə görünən qızartı və aydınlıq. O baxışlarda fəcrdən parlaq; Bir ziya var buluddan daha saf A.Şaiq. Paylaşın - Hamı bilsin
|