FƏXRİsif. [ər.] 1. Hər hansı xidmətə, nailiyyətə görə ehtiram, iftixar əlaməti olaraq verilən. Fəxri adlar. - Adilin fəxri fərmanı ilə yanaşı Gözəlin aldığı fərman da görünürdü. Ə.Vəliyev. // Hörmət, ehtiram əlaməti olaraq seçilən. Fəxri rəyasət heyəti. Fəxri üzv. // Hörmətli, şərəfli, əziz, izzətli. Fəxri qonaq. // Hörmət, ehtiram əlaməti olaraq edilən hörmət, ehtiram üçün düzəldilən. Fəxri qəbul. Fəxri qarovul.
2. Hörmətli, şərəfli, şərəf qazandıran, şərəfləndirən. Fəxri vəzifə. Fəxri əmək. Paylaşın - Hamı bilsin
|