İzahlı lüğət

FƏLƏK

is. [ər.] 1. Göy, səma, asiman. Dün gecə fələkə çıxdı fəryadım. M.P.Vaqif. Hərlənib dövr edən yerlər, fələklər; Bu səsi hər zaman eşidəcəklər. M.Rahim.
məc. Tale, qismət, bəxt, uğur. Fələk ayırdı məni cövr ilə cananımdan. Füzuli. [Vəzir:] Sən mənim qızım ol, sarayımda qal; Görək neylər fələk, şənlən, oxu, çal! A.Şaiq. Fələk göydən yerə ensə də - qətiyyən, heç bir vəchlə, qəti surətdə, əsla. Fələk göydən yerə ensə də, deyən deyiləm. Fələk üz döndərmək - işi bəd gətirmək, uğursuzluğa düçar olmaq, bəxti dönmək, bəxti gətirməmək. [Kərəm:] Qurtarmadım heç qovğadan, bəladan; Fələk üz döndərib mən mübtəladan. “Əsli və Kərəm”. Fələk yazan
tale, qismət, müqəddərat, alın yazısı. [Qurbanqulu:] Fələk yazanı biz pozmayacağıq ki, qismət belə imiş! T.Ş.Simurq. Fələkin çərxi dönmək - tale üz döndərmək, taleyin üzü dönmək, ümidi boşa çıxmaq. Fələkin çərxi dönsün - qarğış məqamında işlədilir. Fələkin qəminə (güdazına) getmək - öz taleyinin qurbanı olmaq. Fələkin qəminə (güdazına) vermək - bədbəxt etmək. [Süleyman:] Göz görə-görə [Tofiq] səni verir fələkin qəminə, sən də başlamısan moizəyə. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

FEN

FON

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed