
FƏALİYYƏTis. [ər.] 1. Hər hansı bir sahədə iş, çalışma; fəallıq göstərmə; aktivlik. Pedaqoji fəaliyyət. Ictimai fəaliyyət. - [Firidun] yalnız fəaliyyətdə, yalnız çalışmaqda bir təskinlik taparaq bütün varlığını yenidən dərslərə və işə vermişdi. M.İbrahimov.
2. İş, işləmə. Suyun dağıdıcı fəaliyyəti. Ürəyin fəaliyyəti. - Zehni əmək zamanı hərdənbir gəzinmə beynin fəaliyyətini artırır, yorğunluğun qarşısını alır. Paylaşın - Hamı bilsin
|