
FƏQİRANƏ[ər. fəqir və fars. ...anə]
zərf klas. Fağır kimi, yazıqcasına, acizcəsinə, yazıq-yazıq, fağır-fağır. Fəqiranə baxmaq. Fəqiranə yalvarmaq. 2. sif. Kasıb, yoxsul, miskin. Fəqiranə bir mənzil. Fəqiranə həyat. - Baxmasız guşeyiçeşm ilə fəqiranə tərəf; Yüyürürsüz ora kim, dadlı fisincanlıq olur. M.Ə.Sabir. Züleyxa, Aslanı fəqiranə, miskin və məhzun görüb, tez Fərhadın deyil, əvvəlcə Aslanın boynunu qucaqlayaraq ağladı. C.Cabbarlı. Paylaşın - Hamı bilsin
|