FƏNDis. [fars.] 1. Hiylə, kələk, fırıldaq, dolab, qurğu, biclik. Fənd fəndi kəsər, Allah hər ikisini. (Ata. sözü). Dostdan dosta bu nə fənddi? Zülfiün boynuma kəmənddi. Aşıq Ələsgər. Əllafın fəndinə adamlar mat qaldılar. Mir Cəlal. □ Fənd bağlamaq hiylə gəlmək, kələk gəlmək, aldatmaq. [Yusif:] İnandırıram sizi ki hərgah bir də fənd bağlaya, çox işlər görər. N.Nərimanov. Fənd işlətmək - 1) fırıldaq qurmaq, hiylə işlətmək, kələk gəlmək, fənd qurmaq;
məc. bir işi görmək üçün müxtəlif üsullardan istifadə etmək. Fəhlələrin daha düzgün fənd işlətdiklərini görən yanğın alayı da onlara qoşuldu. M.Hüseyn. [Qönçə Ataşa:] Nə eləyəcəksən, nə cür fənd işlədəcəksən özün bil, ancaq məni buradan qurtar. Ə.Vəliyev. Fənd qurmaq - birisinə qarşı gizlindən tələ qurmaq, hiylə düzəltmək, biclik işlətmək. [Hacı Qəmbər:] Qoçum Cəbi, görüm nə təhərfənd quracaqsan. N.Vəzirov. Fənd tərpənmək - hiyləyə qarşı hiylə işlətmək, zirək tərpənmək, usta hərəkət etmək. [Sirat:] Amma Abdulla oğlu Bülənd fənd tərpəndi. Ə.Əbülhəsən. Fəndə salmaq hiylə işlədərək aldatmaq, tora salmaq. 2. İdman yarışlarında rəqibi aldatmaq üçün tətbiq edilən üsullar; kombinasiya. Futbolçunun işlətdiyi fəndlər. Rəqibin fəndini başa düşmək. Paylaşın - Hamı bilsin
|