
FOTOQRAF[yun.] 1. Bir sənət kimi fotoqrafiya ilə məşğul olan adam; fotoqrafçı, şəkilçəkən. “Mingəçevir inşaatçısı” qəzeti öz fotoqraf və müxbirlərini də bu dəstəyə qoşmuşdu. Ə.Sadıq. Bir neçə gün idi ki, fotoqraf hər gün səhərlər .. qəbul otağını kəsdirib dururdu. Q.İlkin.
Bax fotoqrafiya 3-cü mənada. Heç [Mayanın] yadından çıxmaz, onda ata və anası Mayanı yaxşı-yaxşı geyindirib fotoqrafa apardılar. M.İbrahimov. Paylaşın - Hamı bilsin
|