
FANATİK[lat. fanaticus - azğın] 1. Dindarlığı həddini aşaraq, başqa dinlərə düşmən münasibət bəsləyən adam; qatı mövhumatçı. Bağdad Şərq dünyasını təmsil edən əfsanəvi bir şəhər kimi, öz fanatik cah-cəlalı ilə bütün dünyanı heyrətə saldı... Ə.Məmmədxanlı.
2. Hər hansı bir işə və ya əqidəyə, məsləkə həddindən artıq sadiq olan adam; təəssübkeş. Öz işinin fanatiki. - [Bəkir:] Bura bax, heç olmasa bu gecə işləmə, ay yoldaş fanatik. İ.Hüseynov. Paylaşın - Hamı bilsin
|