FAKT[lat. factum - edilmiş, baş vermiş] Həqiqətən olmuş hadisə, əhvalat, qəziyyə. Bu deyilənlər uydurma deyil, faktdır. Hər kəs bildiyi faktı deyir, üçlükdə müzakirə edib o birinə keçirdilər. B.Bayramov. // Nümunə, misal. Faktı geriyə qalmışlardan deyil, qabaqcıllardan götürmək lazımdır. Ə.Vəliyev. // Bir nəticəyə gəlmək, bir işə yekun vurmaq və ya bir ehtimalın, fərziyyənin düzgünlüyünü müəyyən etmək üçün əsas olan şey; dəlil. [Prokuror:] Qanun fakt tələb edir. C.Cabbarlı.
2. Gerçəklik, reallıq, həqiqət, olub-bitmiş şey. Sübut olunmuş fakt. Inkaredilməz fakt. Beləliklə, Naşad əfəndi öz məqsəd və məramına nail olmuş, Zeynal bir fakt olaraq Mehribanı boşamışdı. S.Hüseyn. [Məşədibəy rəisə:] Mənim dövlətdən narazılığımı hansı əsasa görə sübut olunmuş bir fakt hesab edirsiniz. M.Hüseyn. Paylaşın - Hamı bilsin
|