
FALAQQAis. Molla məktəblərində şagirdləri cəzalandırmaq üçün işlədilən alət. Kimisi dərs oxuyur, kimisi falaqqadan təzə çıxmış ayaqlarını ovuşdurub ağlayır.. Ə.Haqverdiyev. [Əmiraslan:] Dədə, mən məktəbə getməyəcəyəm. Orada molla adamın ayağını falaqqaya salıb döyür. S.S.Axundov. // Ümumiyyətlə, keçmişdə müqəssirləri cəzalandırmaq üçün tətbiq edilən eyni alət və üsul. Əhmədi yıxıb, ayaqlarını qoydular falaqqaya, o qədər döydülər ki, ayağının bir qat qabığı getdi. (Nağıl).
Paylaşın - Hamı bilsin
|