
FAMİLİYAis. [lat.] 1. Atadan (bəzən də anadan) övladlarına keçib şəxs adlarına əlavə edilən nəsli, ailəvi ad. Qızlıq familiyasını saxlamaq. Familiyasını dəyişmək. Teymurun dindirdiyi sürücünün familiyası Cüməzadə idi. H.Seyidbəyli.
2. Nəsil, qohum-əqrəba. Şükür öyrəndi ki, bu kənddə bir-birilə qanlı iki familiya vardır. S.Hüseyn. // Ailə, ailə üzvləri. Paylaşın - Hamı bilsin
|