FEİLis. [ər.] 1. İş, əməl, hərəkət. // Quru sözdən ibarət olmayıb həqiqi mənada olan iş. Feli ilə qövlü düz gəlmir.
qram. İş, hal və hərəkəti bildirib zaman, şəxs və kəmiyyətcə təsriflənən nitq hissəsi. məc. Hiylə, kələk, fənd, fırıldaq, haramzadəlik. Arada işləyir düşmən felləri; Mənim ərəb atım gördünmü ola? “Koroğlu”. Divlər qüvvətdən çox, ağıldan az olarlar. Qızların felinə uyub dedilər: - Ey nazəninlər, şərtinizə razıyıq. (Nağıl). □□ ...felinə düşmək - birisinin fırıldağına, hiyləsinə, kələyinə inanaraq, yaxud təsiri altında bir iş görmək. Fırıldaqçının felinə düşmək. - Mən aşiq, duman yerdə; Dağ yerdə, duman yerdə; Düşmən felinə düşmə; Qalarsan yaman yerdə. (Bayatı). Paylaşın - Hamı bilsin
|