
FƏNNis. [ər.] 1. Elm, bilik sahəsi, tədris obyekti. Riyaziyyat fənni. Zoologiya fənni kabineti. - [Teymur müəllim] yalnız sinifdə deyil, kənarda da öz sevimli fənni coğrafiyadan saatlarla danışmağı sevərdi. Ə.Sadıq.
b a x fənd 1 -ci mənada. Yaman gündə tamam durub kənara; İstər bir fənn ilə özün qurtara. Q.Zakir. Hər fənn ediriksə, işimiz tutmayır əsla; Ax!.. Ax!.. O keçən günlərimiz noldu, xudaya. M.Ə.Sabir. Elm, texnika, bilik. Bəlkə bir vaxt elm və fənn bərəkətindən bu işlər düzələ. Məmmədquluzadə. Elmi, fənni, sənəti; Hər yana kitab yayır. M.Seyidzadə. Paylaşın - Hamı bilsin
|