
FƏRAQis. [ər.] Ayrılıq, hicran, firqət. Sevgililərin fəraqı. - Ələsgəri gözdən salma iraqa; Könül tab gətirmir dərdə, fəraqa. Aşıq Ələsgər. [Rüstəm Səriyyəyə:] Gözəl mələkim! Mən də fəraqında məcnunam. C.Cabbarlı. Fəraqı, firqəti çəkən dağ mənəm; Məndən qeyri dərdli tanıma, bülbül! Aşıq Şəmşir.
Paylaşın - Hamı bilsin
|