
FƏRARİis. [ər.] Hərbi xidmətdən boyun qaçırmaq məqsədilə hərbi hissədən özbaşına gedən, fərar edən əsgər. [Nazir Ağagülə:] Bundan sonra fərariləri gizlədən bütün dağ kəndləri topa tutulacaq. Ə.Məmmədxanlı. // Sif. mənasında. Fərari əsgər. // məc. Öz vətəndaşlıq borcunu, xidməti və ya ictimai vəzifələrini yerinə yetirməkdən boyun qaçıran adam. [Fikrət:] Mən hələ fərarilərin ucbatından nə qədər əziyyət çəkdiyimizi demirəm. M.Hüseyn.
Paylaşın - Hamı bilsin
|