FƏRDis. [ər.] 1. Ayrıca adam, şəxsiyyət. Qəm yemə, xəstə Vidadi, görüb ədanı kəsir; Haqqa ixlas ilə meydanə girən fərd olmaz. M.V.Vidadi.
Müstəqil halda mövcud olan orqanizm; varlıq. Saf (təmiz) halda çoxaltma üsulunda cütləşdirilən fərdlər (inək, yaxud camış və törədici dölçülər) eyni cinsdən olurlar. klas. Yalqız, tək. Derdim ki, bəla yolunda fərdəm; Eşq içrə sənə şəriki-dərdəm. Füzuli. Ey tifli-sadə, gəzmə soqaqlarda böylə fərd; Alicənab əmulərini bilmə çox da mərd. M.Ə.Sabir. □ Fərd qalmaq klas. - yalqız olmaq, tək qalmaq. Qəm mərhələsində qalmışam fərd; Nə yar, nə həmnişin, nə həmdərd. Füzuli. Dağıldı yarü ənsarım başımdan, fərd qaldım mən. S.Ə.Şirvani. // klas. Tayıbərabəri olmayan; tək. Əgər pəhləvanlıqda sən fərdsən; Həqiqət söylə gər cəvanmərdsən? M.Ə.Sabir. Klassik Şərq (o cümlədən Azərbaycan) ədəbiyyatında bir beytdən ibarət şeir forması. [Mirzə Bəylər:] Aşiqəm mən sənin ixtilatına; Nəzminə, fərdinə, xoş əbyatına. Aşıq Ələsgər. Qatar yola düşdü və mən də məbhut gözdən itənədək dalınca baxdım və bu böhtün içində Sədi mərhumun bir fərdi yadıma düşdü. Ə.Haqverdiyev. Paylaşın - Hamı bilsin
|