.....i_l_by_id_with_comments FƏRƏHLİ sözünün izahı / FƏRƏHLİ sözünün mənası

İzahlı lüğət

FƏRƏHLİ

sif. 1. Sevindirici, fərəh gətirən, şadlıq gətirən; ürəkaçan, şadlandırıcı. Fərəhli hadisə. Fərəhli yaşayış. - [Eyvaz:] Bu sözlər bahar gecəsinin lal musiqisi kimi mənə fərəhli nəğmələr oxuyurdu. İ.Əfəndiyev.
Şad, şən, sevincək; fərəh, sevinc, şadlıq ifadə edən. Fərəhli sima. Üzündə fərəhli ifadə hiss olunurdu. - Ömrün bağçasında ötəydi hər an; Fərəhli, nəşəli bu quş səsləri. N.Rəfibəyli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
....