
FƏRLİ sif. 1. Münasib, abırlı, layiqli, yaxşı, əməlli-başlı, yararlı. Fərli ev. Fərli həyət. Fərli bir şeyim yoxdur ki, bağışlayım.
..Mal-heyvanı saxlamaq üçün fərli bir tövlə yox idi. M.İbrahimov. [Babayev:] Heç olmazsa özünə fərli bir ayaqqabı alaydın. H.Seyidbəyli. Bacarıqlı, qabiliyyətli, yaxşı, ağıllıbaşlı, təpərli. Fərli övlad. - Fərli oğul neylər ata malını? (Ata. sözü). Dağdayol-izyaxşıdır; Hər yan nərgiz yaxşıdır; Yeddi fərsiz oğuldan; Bir fərli qız yaxşıdır. (Bayatı). Paylaşın - Hamı bilsin
|