
FƏRMANis. [fars.] Ali hakimiyyət orqanının qanun qüvvəsində olan sərəncamı, qərarı. Azərbaycan Respublikası Prezidentinin fərmanı. // köhn. Hökmdarın, padşahın yazılı əmri. O aralıq Kərim xan fərman göndərib, Mehralı bəyi Qarabağ xanı təyin etmişdi. Çəmənzəminli. Gorus naçalnikindən başlayıb, Gəncə qubernatından ötüb, Tiflisdəki sərdara qədər padşaha xəbər yazılır, yuxarıdan hey fərman gəlirdi. S.Rəhimov.
Paylaşın - Hamı bilsin
|