
FƏRMAYİŞis. [fars.] köhn. Buyurma, əmr etmə; buyruq, əmr, qulluq. ...Başladılar ustanın fərmayişlərini birbəbir əmələ gətirməyə. C.Məmmədquluzadə. Onların başı üstündən kənarda durub baxan Firiduna müraciət etdi: - Ağa, fərmayişin nədir? M.İbrahimov. □ Fərmayiş etmək klas. - əmr etmək, buyurmaq. [Şahmar bəy:] Mən lazım bilirəm sizdən müxlisanə təvəqqe edim ki, siz bir qədər səbr fərmayiş edəsiz. N.Vəzirov.
Paylaşın - Hamı bilsin
|