FİKİRLƏŞMƏKf. 1. Bir şey və ya iş haqqında düşünmək, götür-qoy etmək, ölçüb-biçmək. Bir qədər fikirləş, sonra cavab ver. Bu barədə yaxşı fikirləşmək lazımdır. - Əhməd tacirbaşı bir az fikirləşdi, o, necə deyərlər, ölçdü-biçdi, götürdü-qoydu, axırda razı
olub tədarük görməyə başladı. “Koroğlu”. [Teymur:] Mən bu əməliyyat haqqında çox fikirləşmişəm. H.Seyidbəyli. // Fikrə getmək, düşüncəyə dalmaq. Məsələnin həlli üzərində fikirləşmək. - [Zeynal] öz qapısının önündə durub fikirləşməyə başladı. S.Hüseyn. Fikrində tutmaq, niyyətində olmaq, düşünmək, bir şey etməyə hazırlaşmaq. Toydan bir neçə gün sonra ortancıl bacı fikirləşdi ki, durum gedim, görüm bacım necədi. (Nağıl). Molla fikirləşir ki, bir eşşək yükü xiyar götürüb Teymurləngə aparsın. “M.N.lətif.”. Qayğısına qalmaq, halını düşünmək, yaddan çıxarmamaq, tədbir aramaq. Öz oğlunun gələcəyini fikirləşmək. Gənclik haqqında fikirləşmək. Paylaşın - Hamı bilsin
|