FİKİRLİsif. Fikri bir şeylə məşğul, fikrə dalmış; dalğın. Fikirli adam. Niyə belə fikirlisən? O, gözümə çoxfikirli görünür. - [Humay] susdu, üzü yenə də fikirli və tutqun bir ifadə aldı. İ.Əfəndiyev. // zərf Fikirli halda, fikirli-fikirli, dalğın halda, dalğın-dalğın. [Xasay] bir müddət fikirli gəzdi. Ə.Vəliyev.
Paylaşın - Hamı bilsin
|