.....i_l_by_id_with_comments FIRLATMAQ sözünün izahı / FIRLATMAQ sözünün mənası

İzahlı lüğət

FIRLATMAQ

f. 1. Fırlandırmaq, dolandırmaq, hərləndirmək. Maşının sükanını firlatmaq. - Vaqif başını aşağı salıb barmağındakı əqiq üzüyü firladırdı. Çəmənzəminli. Şahmar bu fikirdə idi ki, adam istəsə yeri tərsinə fırlada bilər. B.Bayramov.
2. Bir şeyi şiddətlə və saymazyana atmaq, tullamaq, tolazlamaq. Hirsindən boşqabı götürüb həyətə fırlatdı. - Firəngiz bənövşə dəstəsini stolun üstünə fırlatdı. B.Bayramov. // Atmaq. Yusif Həmzənin nazik boynundan yapışıb onu qapının ağzına firlatdı. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

FUT

......
....