
FIRTINAis. 1. Güclü küləklə dənizin şiddətlə dalğalanması; qasırğa, tufan. Dənizdə fırtına var. - Elə bu vaxt fırtına; Daha da bərk gurladı. İ.Səfərli. Sakit görünsə də çox zaman dəniz; Orda çovğun da var, firtına da var. H.Arif. // Fırtınalı hava. Bufırtınada hara gedirsən? Fırtınadan bayıra çıxmaq olmur.
2. məc. Coşqun, gurultulu, təlatümlü, mübarizələrlə, keşməkeşlərlə dolu həyat mənasında. Günəş çıxdı səhər tezdən; Fırtınadan doğuldum mən. N.Xəzri. Paylaşın - Hamı bilsin
|