FIRTINALI sif. 1. Fırtınası olan, boranlı, qasırğalı, coşqun. Fırtınalı hava. Fırtınalı okean. - Fırtınalı göylərimi yaxmaq istər ildırımlar; Nə zaman ki qərib ruhum yad ellərdən cana doyar. Ə.Cavad. Divarlarda firtınalı dəniz batan gəmi, tufan vaxtı dənizdə yanğın və bu kimi mənzərələr rəsm edilmişdi. M.Süleymanov.
2. məc. Keşməkeşli, qovğalı, boranlı, gurultulu hadisələrlə dolu. Fırtınalı zəmanə. 1904-cü ilin firtınalı günləri idi. A.Şaiq. // məc. Coşqun. Soltan .. firtınalı bir gənclik həyatı keçirmişdir. İ.Əfəndiyev. Paylaşın - Hamı bilsin
|