
FISILTIis. Ağır nəfəs alan adamın birbirinə qapanmış dişləri arasından çıxardığı səs; fıs-fıs səsi. Yatan yoldaşların xorultusu, fısıltısı otağı bürümüşdü. A.Şaiq. Cahandar ağanın dişləri kilidləndi. Onun fısıltısını qulağının dibində eşidən Mələk nə edəcəyini bilmədiyindən, yumaq kimi büzüşdü. İ.Şıxlı. // məc. İşləyən maşın, motor və s.-nin çıxardığı həmin səsə oxşar səs. Maşının fısıltısı. - Parovozun ağzını yamsılayırmış kimi tramvayın motoru da kəskin bir fısıltıdan sonra dayandı. Qantəmir.
Paylaşın - Hamı bilsin
|