
FIŞILTIis. 1. Bax fışqırtı. Borulardan fışıltı ilə qalxan buxar göy üzündə əriyib yox olurdu. H.Seyidbəyli. // Şırıltı. Şamo uca dağların geniş ətəklərini yalayıb gedən bu şıltaq suyun fışıltısı altında dayanıb ətrafa boylandı. S.Rəhimov.
2. İlanın çıxardığı səs. Gürzənin fışıltısı. Paylaşın - Hamı bilsin
|