
FISQIRIQ1. Bax fit. Ortada bir sükut vardı. Yalnız elektrik qatarının bir-birini təqib edən əsəbifısqırığı eşidilirdi. S.Hüseyn.
2. məc. Hay-küy, qiyamət, həngamə, qalmaqal. Fısqırıq qalxmaq. - [Gilə] qapını açıb bayırı Əvəzə göstərərək dedi: - A kişi, heç sən bu həyətdəki fısqırığı eşitmirsən? Ə.Vəliyev. [Nazlı Gülzara:] Şəhərdə yaman fısqırıqdır, xala, danışırlar ki, ingilislərfəhlələrə güllə açıblar. Ə.Məmmədxanlı. □□ Fısqırığa basmaq - b ax fitə basmaq (“fit”də). Onda da camaat tökülmüşdü. Kişini fısqırığa basmışdılar. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|