İzahlı lüğət

FORMA

[lat. forma] 1. Şeyin xarici görünüşü, şəkli. Yarpağın forması. - Müsəlman papaqlarının ağırlığı, böyüklüyü və formaları Molla Nəsrəddinin dostlarına necə ki lazımdır, əyandır... C.Məmmədquluzadə. // İnsan bədəni hissələrinin, fiqurunun çevrəsi. Uzun zaman əzələlər fəaliyyətsiz qaldıqda və fiziki hərəkətlər çatışmadıqda insan bədəninin forması dəyişir. (Qəzetlərdən).
Tip, quruluş, təşkilat sistemi; struktur. Yeni dövlət forması. İdarə forması. Təşkilat forması. // Növ müxtəlifliyi. Revmatizmin
ağır forması. // İfadə üsulu, qaydası. Danışıq forması.
Bədii əsərin növü, janrı. Müxtəlif forma və janrda çoxlu musiqi əsəri yaradılmışdır. - Ikinci dövrün xüsusiyyəti mündəricənin genişlənməsində, müxtəlif dramatik formaların (melodram, faciə) meydana çıxmasındadır. M.İbrahimov.
Ülgü, biçim, şablon, nümunə. Milli xalq geyimlərinin tədqiq edilib öyrənilməsi yeni modaların biçim və formalarının zənginləşməsinə kömək edər. (Qəzetlərdən). // Mətbəə naborunun qoyulduğu çərçivə, habelə çərçivəyə qoyulmuş naborun özü.
Bir şeyin müəyyən olunmuş nümunəsi, tipi. Bülleten forması. Hesabat forması. Anketin forması.
Rənginə, biçiminə və başqa əlamətlərinə görə müxtəlif kateqoriyalara mənsub şəxslər üçün vahid paltar tipi; rəsmi paltar, geyim. Hərbi forma. Məktəbli forması. Dəmiryolçu forması. - Bahar fəslinin axırında Mirzə Səfərin oğlu darülfünun tələbəsi formasında evlərinə görüşməyə gəldi. Ə.Haqverdiyev. Milis işçilərinin özləri də forma deyil, adi paltar geymişdilər. H.Seyidbəyli.
dilç. Qrammatik kateqoriyaların, söz və cümlələrin qarşılıqlı əlaqəsini zahirən ifadə edən vasitə. Sözün forması. Felin qeyrimüəyyən forması.
inc. ədəb. Bir şeyin məzmununu ifadə etmək üçün istifadə olunan bədii vasitələr sistemi. Bayatının müxtəlif formaları. - Hindistan indi də müxtəlif və zəngin rəqs formalarının xəzinəsi hesab olunur. “Azərb.”.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed