FORMALİZM[lat.] 1. İşin mahiyyəti zərərinə olaraq, onun ancaq zahiri cəhətinə riayət etmə; bir şeyə ciddi formal münasibət; rəsmiyyət, rəsmiyyətçilik.
2. Məntiqdə, sənətşünaslıqda və s. elmlərdə ideya məzmunundan, obyektiv varlıqdan, ictimai təcrübədən sərf-nəzər edərək, yalnız formanı (zahiri cəhəti) əsas götürən və ona üstünlük verən cərəyan. Formalizm meyilləri. Formalizmin bütün təzahürlərinə qarşı mübarizə. Paylaşın - Hamı bilsin
|