FORS[fr. force - güc, əhəmiyyət] İddia, təkəbbür, lovğalıq, təşəxxüs. [Kərbəlayı:] Bu nəforsdur, ay Nabat xanım? S.Rəhimov. Fors eləmək (satmaq, atmaq) - bax forslanmaq. [Şahsənəm:] Məşədi İbadın arvadı Püstə əllərini belinə qoyub bizə fors atırdı. S.S.Axundov. Mayis yenə də lovğalandı və fors satır kimi cavab verdi. Ə.Vəliyev. [Ata:] [İlyas] çox da fors eləməsin. Ə.Məmmədxanlı.
Paylaşın - Hamı bilsin
|