
GƏBƏRMƏK f Ölmək (adətən heyvanlar haqqında). Nədənsə bir neçə ay bundan əvvəl at qançır olub gəbərmiş. C.Cabbarlı. Tələyə də bir zorba siçovul çoxdan düşüb gəbərmişdir. H.Sarabski. // Eyni mənada adam haqqında təhqir kimi işlənir. Qonşunun oğlu gəbərdi. - [Birinci işçi:] Yetişir! Sızlama, abdal, başıboş; Ağlamaqdansa gəbərmək daha xoş. H.Cavid.
Paylaşın - Hamı bilsin
|