G (ID - 14428) Azərbaycan əlifbasının doqquzuncu hərfi. bax ge.
|
GAH1 (ID - 14429) [fars.] Cümlənin həmcins üzvlərini və tabesiz mürəkkəb cümlənin tərkib hissələrini bölüşdürmə əsasında birləşdirən bağlayıcı (əsasən təkrar edilərək işlədilir). Gah ora, gah bura baxır. - [Qəhrəman:] Gah bizim qoşun,...
|
GAH2 (ID - 14430) məh. bax büzmə 2-ci mənada.
|
GAHBAGAH (ID - 14431)zərf [fars.] Hərdənbir, arabir, bəzən, gah-gah. Əziz başın üçün oxu yazımı; Agah ol halımdan gahbagah mənim. Qurbani. Əzəldən var idi lütfü kərəmin; Gahbagah bəriyə seyrü-qədəmin. M.P.Vaqif.
|
GAHBİR (ID - 14432) |
GAHDAN (ID - 14433) |
GAHDANBİR (ID - 14434)bax gahbir. Gahdanbir bizə gələrdi. - Hər dəfə çörək bişirən vaxt Həlimə xala iki, ya bəlkə üç övrət qonşularından özünə mədədçi çağırardı və gahdanbir Təzəkənddə bacısı Zibeydəyə xəbər verirdi ki, gəlib ona...
|
GAH-GAH (ID - 14435)bax gahbagah. Bilmişəm bulmaq vüsalın, leyk bir ümmid ilə; Gahgah öz xatiri-naşadımı şad eylərəm. Füzuli. [Dərviş:] Malların gövşəyi, atların nəriltisi, gah-gah da itlərin mırıltısı qulağıma gəlirdi. Divanbəyoğlu. Səni...
|
GAH-GAHI (ID - 14436) bax gah-gah. Əziziyəm, külahı; Götür başdan külahı; Oğul, böyüyəndə sal; Məni yada gah-gahı. (Bayatı). Unutmayın aşığı; Yada salın gah-gahı. Sarı Aşıq.
|
GAHGİR1 (ID - 14437) sif. Yerişini tez-tez dəyişən, sabit yerişi olmayan. Gahgir at.
|
GAHGİR2 (ID - 14438) məh. Narın sarı qum. Daşın üstünə gahgir tökmək.
|
GAHGİRLİK1 (ID - 14439) is. Gahgir atın xasiyyəti (bax gahgir1
|
GAHGİRLİK2 (ID - 14440) is. Gahgir olan yer; qumluq (bax gahgir2
|
GAHI (ID - 14441)bax gah1
|
GAHI-GAHI (ID - 14442) b ax gah-gah. Ey sevdiyim, qaydasıdır qızların; Gahı-gahı bu söz atmaq nədəndir. Qurbani. Demirəm oynasın ta axşamadək; Gah otursun, gahı-gahı oynasın. Q.Zakir.
|
GAHLI (ID - 14443)bax büzməli. Həmişəki kimi [Şahbəy] yenə də lifəli şalvar, qara gahlı arxalıq geymişdi. Ə.Əbülhəsən.
|
GAP (ID - 14444)is. köhn. Söhbət, danışıq. [Kətxuda:] Ay oğul, gapınızın ucundan-qulağından eşitdim. M.Hüseyn. □ Gap etmək - söhbət etmək, danışmaq. [Zalxa:] Salaməleyk, Bayram! Kimlə gap edirsən? M.F.Axundzadə.
|
GAPTLAMA (ID - 14445)“Gaplamaq” dan f.is.
|
GAPLAMAQ (ID - 14446)f. köhn. Söhbət etmək, danışmaq.
|
GAVAHIN (ID - 14447) |
GAVALI (ID - 14448)is. Çəyirdəkli girdə, yaxud uzunsov sarı və ya bənövşəyi rəngli meyvə. Yay fəslində ərik, gavalı dəyirdi. S.S.Axundov. [Əyyar:] ..Elə ki budaqlar başını əyər, nar, heyva, şaftalı, gavalı dəyər.. A.Şaiq. // Bu meyvənin ağacı,...
|
GAVALILIQ (ID - 14449)is. Çoxlu gavalı ağacı əkilmiş yer, gavalı bağı. Bağın bir hissəsi gavalılıqdır.
|
GAVUR (ID - 14450)is. [ər.] 1. Müsəlmanların islam dininə ibadət etməyənlərə verdiyi ad. Gavurun tənbəli - keşiş, müsəlmanın tənbəli - dərviş. (Ata. sözü). [Qədir:] Gavur öldürdüyüm üçün rəisin hörmətinə, xələtinə nail olacağam. Mir...
|
GAVURLUQ (ID - 14451)is. Müsəlman dininə inanmama; dinsizlik, kafirlik.
|
GE (ID - 14452)"G” hərfinin və bu hərflə işarə olunan samitin adı.
|
GEC (ID - 14453)zərf Müəyyənləşdirilmiş, qərarlaşdırılmış vaxtdan sonra. Gec getmək. Gec xəbər tutmaq. Gec hərəkət etmək. Qatar üç saat gec gəldi. O oxumağa gec başlamışdır. - [Gülçöhrə Əsgərə:] Bir qədər gec gəlsəydin, özümü...
|
GECDƏN (ID - 14454)zərf Adi vaxtdan tez, həmişəkindən əvvəl. Sabah gecdən çıxmışdım şəhərə, nə gördüm: bir vurhavurdur, bir çalhaçaldır ki, gəl görəsən. “Mol. Nəsr.”
|
GECDƏN-GEC (ID - 14455) zərf Çox gec, lap gec. [Qərənfil xalanın] gecdən-gec gözünə yuxu getdi. Ə.Vəliyev. ..[Yusif] gecdən-gec dilləndi: - Dedi-qodu yaymaq Qaradonlunun köhnə peşəsidi. I.Hüseynov.
|
GECDƏYƏN (ID - 14456)bax gecyetişən.
|
GECƏ (ID - 14457)is. 1. Günün günbatandan günçıxana qədər, axşamdan səhərə qədər olan hissəsi. Gecə vaxtı. - Gecənin xeyrindən sabahın şəri yaxşıdır. (Ata. sözü). Qədəm basıb bizə gəlsin nagahi; Bir gecə mən onu mehman eylərəm. M.P.Vaqif....
|
GECƏBƏGÜNDÜZ (ID - 14458)dan. bax gecə-gündüz. Gecəbəgündüz işləmək. - Bir ay gecəbəgündüz; O qırpmadı gözünü. B.Vahabzadə.
|
GECƏBƏNÖVŞƏSİ (ID - 14459)is. bot. Yeraltı kök yumruları olan yabanı bəzək bitkisi; gecəçiçəyi.
|
GECƏÇIRAGI (ID - 14460)is. zool. Gecələr parıldayıb işıq verən böcək; işıldaquş.
|
GECƏÇİÇƏYİ (ID - 14461)bax gecəbənövşəsi.
|
GECƏ-GÜNDÜZ (ID - 14462) 1. is. Gecə-gündüzün davam etdiyi 24 saat müddət. Nə qədər gecəgündüz; Bu sayaq gəlib keçmiş. R.Rza.
zərf Daim, həmişə; bütün günü və gecəni, vaxt bilmədən. Gecə-gündüz işləmək. Gecə-gündüz çalışmaq. - Sənsiz... |
GECƏ-GÜNDÜZLÜ (ID - 14463) bax gecəli-gündüzlü.
|
GECƏ-GÜNDÜZLÜK (ID - 14464) sif. Adətən saylarla: bir gecə-gündüzlük - bir gecə-gündüz müddətində olan, bir gecə-gündüzə bəs edən. Bir gecə-gündüzlük odun.
|
GECƏKƏSDİ (ID - 14465)is. etnoqr. Toy gecələri səhərə qədər sürən şənlik mərasimi.
|
GECƏKİ (ID - 14466)sif Gecə olmuş, gecə baş vermiş. Gecəki hadisə. Gecəki söhbət. - Sübh söndü şəb ki, xəlqə qiblə idi bir çırağ; Gecəki iqbalı gör, gündüzdəki idbarə bax! M.V.Vidadi. [Qarı çobanlara:] Qumru xalçasına baxmağa gəlib, - dedi,...
|
GECƏKORLUQ, GECƏKORLUĞU (ID - 14467) is. tib. Gecələr gözün görmə qabiliyyətinin azalmasından ibarət göz qüsuru; şəbkorluq.
|
GECƏKORU (ID - 14468)is. Gecəkorluğu olan adam; şəbkor.
|
GECƏQONAĞI (ID - 14469)is. 1. Bir gecə qonaq qalan adam. Gecəqonağı tezdən getdi.
2. isteh. Oğru mənasında. Milis nəfəri bir neçə tin qaçandan sonra gecə qonaqlarını yaxaladı. (Qəzetlərdən). |
GECƏQUŞU (ID - 14470)is. 1. Bax yarasa 1-ci mənada. Çox yeriməyib uşaq yenə durdu, başının üstə bir gecəquşu hərlənib fırlanırdı. Çəmənzəminli. Bayquş xaraba, gecəquşu qaranlıq sevən kimi xain adamlar da xəlvəti xoşlarlar. M.İbrahimov.
2.... |
GECƏLƏMƏ (ID - 14471)“Gecələmək” dən fis.
|
GECƏLƏMƏK (ID - 14472)f Gecəni qalmaq, gecəni keçirmək, bir gecəni yatmaq. Mehmanxanada gecələmək. Kənddə gecələmək. - Fəqət [Tellinin] adamsız, tamamilə xəlvət bir həyətdə yalqız qalıb gecələdiyi olmamışdı. S.Hüseyn. [Çopo:] Ev gecələdiyim...
|
GECƏLİK (ID - 14473)is. 1. Adətən saylarla işlənərək bir şeyin neçə gecəyə kifayət edəcəyini, neçə gecəyə çatacağını, neçə gecədə görüləcəyini bildirir. İki gecəlik odun. Bir gecəlik işim qalıb. - Bir gecəlik mətləbin bir sənə mabədi...
|
GECƏLİ-GÜNDÜZLÜ (ID - 14474) zərf Gecə və gündüz, daim. Gecəli-gündüzlü işləmək. - 0ərəfoğlu özü xahiş edib [Rüstəmi] hissəsinə keçirdi, iki il gecəli-gündüzlü bir yerdə oldular. M.İbrahimov. Buna görə də kombaynçılar şirin yuxularına xələl...
|
GECƏRİYƏN (ID - 14475)sif. xüs. Əriməsi çətin olan, çətin əriyən, tez əriməyən. Gecəriyən metallar.
|
GECƏVƏR (ID - 14476)is. bot. Çoxillik kökümsovlu dərman bitkisi.
|
GECƏYARI(SI) (ID - 14477)zərf Gecə saat 12-də, gecənin tən yarısında. Qazan xan bir ovuc bəylə gecəyarısı sərhəd çayının sahilinə çatıb atını suya vurdu. M.Rzaquluzadə. Birinci gün gecəyarı; Qurd qısnadı qoyunları. M.Dilbazi.
|
Bu səhifə dəfə baxılıb